Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

1 milyon müsəlmanın həccə getməsi əngəlləndi – FOTO

Həcc ziyarətinə gedənlərin pasportları qəbul edilmədi.

Səudiyyə Ərəbistanı İordaniya pasportunu ləğv edərək 1 milyon müsəlmanın həcc ziyarətinə getmələrinə qadağa qoyub.

Din.az xəbər verir ki, Səudiyyə Ərəbistanı və İsrail hökuməti arasında diplomatik əlaqə olmadığı üçün İsrail və Fələstindəki müsəlmanlar 1978-ci ildən bəri həcc ziyarətlərini yerinə yetirmək üçün öncə İordaniyaya gedib müvəqqəti İordaniya pasportu aldıqdan sonra ziyarət üçün Ərəbistana daxil olurdular.

İordaniya Həcc komitəsinin sədri Səlim Salah Ərəbistan hökumətinin noyabr ayında aldığı qərar ilə bundan sonra həcc ziyarətinə getmək istəyənlərin müvəqqəti İordaniya pasportlarını qəbul etməmək qərarı aldığını bildirib.

İordaniya İslami əlaqələr və Müqəddəs yerlər nazirliyi isə bir milyon müsəlmanın həccə getmələrinə qadağa qoyan qərarın ləğvi üçün Ərəbistan rəsmiləri ilə əlaqə yaratdıqlarını, amma hər hansı bir razılaşma olmadığını ifadə edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...