Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

100-dən çox FETÖ-çu ölkəyə gəlib – Nazir müavini

Türkiyə FETÖ təşkilatına qarşı mübarizəni davam etdirir.

100-dən çox FETÖ-çu terrorçu Türkiyəyə gətirilib.

Din.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər nazirinin müavini Yavuz Səlim Kıran yerli mediaya açıqlamasında deyib.

“FETÖ yeni nəsil terror qruplaşması olaraq dünya miqyasında böyük təhdiddir. Məhz bu təhdidə qarşı ortaq mübarizə aparılmalıdır. Bu mənada dünyanın hər nöqtəsində terror qruplaşmasını izləyirik. Bu günə kimi 20-dən çox FETÖ məktəbləri təhvil verildi. Sonuncu dəfə Pakistanın bu yöndə qərar qəbul etdi. Dünyanın harasında olursa-olsun, bu terrorçuları izləməyə davam edəcəyik. Onlar hüquq qarşısında cavab verəcəklər. Bundan heç kimin şübhəsi olmasın”, – deyə Kıran bildirib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...