Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

11 yaşlı müsəlman qız zəkasına görə Eynşteyn və Hokinqi geridə doydu …

Tara Şərif yüksək IQ əmsalı yüksək olan insanların “Mensa” cəmiyyətinə üzvlük üçün müraciət edə biləcək…

İndi Tara Şərif yüksək IQ əmsalı yüksək olan insanların “Mensa” cəmiyyətinə üzvlük üçün müraciət edə biləcək…

Britaniyanın Eyslberi şəhərindəki orta məktəbdə təhsil alan 11 yaşındakı iranlı qız Tara Şərif zəka testində ümumilikdə 162 bal toplamaqla heyrətamiz bir intellekt koeffisenti(IQ) rəqəminə imza atıb.
Din.az Moderator.az-a istinadla verdiyi xəbər verir ki, nəticədə bu müsəlman məktəbli qız göstəricilərinə görə Stiven Hoking və Albert Eynşteyni geridə qoyub. Belə ki, bu məşhur alimlər eyni testdə 160 bal toplayıb.

Tara Şərif İngiltərənin Oksford şəhərində qeyri-verbal sınaq testindən keçib. Qız müəyyən bir müddət ərzində suallara cavab verməli olub.

Müsəlman qız həmin anları belə xatırlayır: “Biz testdən valideynlərimizlə birgə keçməyə qərar verdik. Yeni insanlarla tanış olmaq üçün gözəl bir fürsət idi. Nəticəni öyrənəndə şoka düşdüm. Belə yüksək qiymətlərə nail olacağımı gözləmirdim…

“İndi Tara Şərif yüksək IQ əmsalı olan insanlar üçün dünyanın ən böyük və ən qədim cəmiyyəti sayılan “Mensa”ya üzvlük üçün müraciət edə biləcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...