Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

110 min ilahiyyatçı İŞİD-ə qarşı fətvaya imza atdı

Pakistanın 110 min ilahiyyatçısı İŞİD-ə qarşı fətvaya imza atıb. “Din.az” “İslam-Today” saytına istinadən xəbər verir ki, Pakistan islam alimləri birliyi İŞİD-ə qarşı fətva veriblər. Fətvada İŞİD və onun kimi döyüşən digər ekstremist və terror qruplaşmaların, o cümlədən onlara dəstək verənlərin də İslama tamamən zidd olduqları deyilir. Pakistan üləmalar şurası həmçinin istənilən ekstremist və terror fəaliyyəti […]

Pakistanın 110 min ilahiyyatçısı İŞİD-ə qarşı fətvaya imza atıb.

“Din.az” “İslam-Today” saytına istinadən xəbər verir ki, Pakistan islam alimləri birliyi İŞİD-ə qarşı fətva veriblər.

Fətvada İŞİD və onun kimi döyüşən digər ekstremist və terror qruplaşmaların, o cümlədən onlara dəstək verənlərin də İslama tamamən zidd olduqları deyilir.

Pakistan üləmalar şurası həmçinin istənilən ekstremist və terror fəaliyyəti üçün “cihad” sözünün işlədilməsini qadağan edib.

Ölkənin imamları qeyd ediblər ki, İŞİD terrorçuları İslam təlimlərini öz xeyrlərinə təhrif edirlər və bu təhrifləri də öz cinayətlərinə haqq qazandırmaq üçün istifadə edirlər.

Qeyd etmək lazımdır ki, Pakistan üləmalar şurasına 110 mindən çox islam alimi və din xadimi daxildir. İŞİD-ə qarşı olan fətvanı şura üzvləri yekdilliklə imzalayıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...