Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

12 yaşlı qızın hicabını zorla çıxardılar – Hava limanında SKANDAL

Müsəlman qız axtarış üçün hicabını çıxarmağa məcbur oldu.

Kanadanın Hava yolları şirkəti “Air Canada”nın San-Fransiskoya səfər edən sərnişini 12 yaşlı Fatimə Abdelrəhmanın hicabını zorla çıxarıblar.

Din.az xəbər verir ki, ABŞ milli komandasının heyətində çempionata gedən 12 yaşlı qızın hicabının çıxarılmasına səbəb kimi təyyarə işçiləri onu göstəriblər ki, onlar təhlükəsizlik axtarışı aparmalıdırlar. İşçilərin təzyiqinə məruz qalan qız axtarış üçün hicabını çıxarmağa məcbur olub. Əks halda onun təyyarəyə buraxılmayacağı bildirilib.
ABŞ televiziyasına açıqlama verən qız ilk dəfə valideynləri olmadan səfər etdiyini deyib. “Air Canada” şirkətinin sözçüsü Jenna bennet bildirib ki, bu proses daha yaxşı bir şəkildə həll edilə bilərdi, yaşadıqlarınız üçün sizdən üzr istəyirik. / Metbuat.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...