Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

128 nəfər həbs edildi – Gülənin daha bir gizli şəbəkəsi çökdü

Türkiyə FETÖ-ya qarşı mübarizə davam etdirilir.

Türkiyə Baş Prokurorluğu 128 nəfərin həbs olunması barədə qərar verib.

Din.az xəbər verir ki, həbs olunanlar arasında Fəthullahçı Terror Təşkilatının (FETÖ) 48 fəal üzvü var.

Əməliyyatların Türkiyə Silahlı Qüvvələri daxilində FETÖ-nün gizli şəbəkəsinin çökdürülməsi çərçivəsində İzmir və Konya şəhərlərində keçirildiyi açıqlanıb.

FETÖ-nün 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd etməsində bu yana bu təşkilatla əlaqədar olan 50 min nəfər həbs olunub, 160 min dövlət adamı işdən çıxarılıb. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...