Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

14 Amerika kəşfiyyatçısı Səudiyyə şahzadəsinin anasını ev dustağı etməsini təsdiqlədi – VİDEO

Xanım Fahda hesab edir ki, bu seçim kral sülaləsində ixtilaf yaradacaq.

Şahzadə Məhəmməd hakimiyyət maraqları səbəbindən 2 ildir ki, anasının atası kral Salmanla görüşməsinə imkan vermir…
Xəbər verildiyi kimi, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd İbn Salmanın öz doğma anasını dustaq saxlamasıyla bağlı iddialar meydana çıxıb.

Din.az Moderator.az-a istinadla xəbər verir ki, azı, 14 fəaliyyətdə olan və sabiq Amerika kəşfiyyatçısı bu məlumatı təsdiqləyib. Vəliəhd öz anası xanım Fahdanı məqsədli şəkildə atası kral Salmanla ünsiyyətə girməkdən təcrid edib. O, hər dəfə krala bir yanlış məlumat verərək gah anasının xaricdə istirahətdə, gah da müalicədə olduğunu bildirir. Halbuki, şahzadə doğma anası xanım Fahdanı öz ölkəsində ev dustağı kimi saxlayır.
Buna səbəb anasının Məhəmmədin vəliəhd olması ilə razılaşmamasıdır. Xanım Fahda hesab edir ki, bu seçim kral sülaləsində ixtilaf yaradacaq.

Odur ki, vəliəhd şahzadə anasının kral Salmanın fikirlərinə təsir göstərərək qərarını dəyişməsinə səbəb olacağından ehtiyat edərək atasıyla ünsiyyətə girməsini istəmir. Özünü islahatların tərəfdarı adlandıran və qadınların bir çox hüquqlarını bərpa etməyə çalışan kimi görünən müsəlman(!) şahzadənin hakimiyyətə görə anasına qarşı bu hərəkəti İslam cəmiyyətində ikrahla qarşılanmaqdadır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...