Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

14 din xadiminin fəaliyyətində nöqsanlar aşkar edildi

1000-dən çox din xadiminə aylıq maddi dəstək göstərilib.

2018-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 1000-dən çox din xadiminə aylıq maddi dəstək göstərilib.
Din.az bildirir ki, bu barədə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov məlumat verib.
Direktor qeyd edib ki, keçən il ərzində Fond tərəfindən aparılmış monitorinqlər, eləcə də Qafqaz Müsəlmanları İdarəsi ilə birgə araşdırmalar nəticəsində ümumilikdə 14 din xadiminin fəaliyyətində müəyyən nöqsanlar aşkar olunub.
“Onlara göstərilən maddi dəstək dayandırılıb. Cari ildə də Fond tərəfindən bu məsələ ilə bağlı mütəmadi olaraq müvafiq monitorinqlər təşkil olunacaq”. (azvision.az)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...