Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

15 iyul şəhidlərinin ailələri Həccə göndərildi

Share Button

45 şəhid ailəsi artıq müqəddəs torpaqlardadır…

Diyanət İşləri Nazirliyi 15 iyul dövlət çevrilişinə cəhddə şəhid olanların ailələrindən 45 nəfəri həccə aparıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Diyanət, Qurban bayramına sayılı günlər qaldığı üçün ilk mərhələdə pasportu olan şəhidlərin yaxınlarına yer verilib. İşləri tamamlanan 45 şəhidin yaxını dünən Esenboğa Hava limanından müqəddəs torpaqlara getmək üzrə yola çıxıb.

Diyanət, şəhid yaxınlarını, bu il ziyarətə getmək üçün müraciət edən, amma müxtəlif səbəblərdən dolayı həccə gedə bilməyən namizədlərin yerinə müqəddəs torpaqlara aparıb. Ailələr 30 sentyabrda vətənlərinə qayıdacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir