Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“15 iyuldan sonra gözümüz açıldı və FETO-çuların əsas üzünü gördük…”

“Bir telefon zəngi kifayət edəcək ki, sizin tapşırıqlarınız burada yüksək səviyyədə həyata keçirilsin”.

Xəbər verdiyimiz kimi, 28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Din.az bildirir ki, Ramil Usubovun Türkiyəli həmkarı ilə dialoqu qardaş ölkədə maraqla qarşılanıb.

Belə ki, Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Ramil Usubov Türkiyəli həmkarına “bir telefon zəngi kifayət edəcək ki, sizin tapşırıqlarınız burada yüksək səviyyədə həyata keçirilsin” fikri xüsusi diqqət çəkib.
Ramil Usubov 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətin Türkiyə olduğunu bildirib. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığa toxunan Usubov, Türkiyənin hər zaman yanında olacaqlarını vurğulayıb.
2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdini reallaşdıran Fətullahçı Terror Təşkilatı (FETÖ) mövzusunda da Türkiyəyə hər zaman dəstək verəcəklərinə işarə edən Usubov bu sözləri deyib:

“15 iyuldan sonra gözümüz açıldı və FETO-çuların əsas üzünü gördük. Bundan sonra Azərbaycanda FETÖ-çu görmək istəmirik”.  / Unikal.org

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...