Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

15 milyondan çox qız bir dəfə də olsun məktəbə ayaq basmayıb – DƏHŞƏTLİ STATİSTİKA

İmkansızlıq, erkən nigahlar və s. səbəblərdən bu rəqəmlər ildən-ilə artıb.

Dünya əhalisi arasında yazıb oxumağı bacarmayan insanların əksəriyyəti qadınlardır. Statistikaya görə, dünya əhalisinin üçdə ikisi yazıb oxumağı bacarmayan xanımlardan ibarətdir. Bu isə nə az, nə çox, 479 milyon qadın deməkdir.
Din.az bildirir ki, “Woman Challange” layihəsi çərçivəsində maraqlı məlumat hazırlanıb. Son 20 ildə dəyişməyən bu göstəricilərin bir çox səbəbi var. Problemin əsas qaynağı məktəblərdən başlayır. Dünyanın bir çox ölkələrində məktəb yaşına çatmış qız uşaqlarının təhsil almasına icazə verilmir. Hesablamalara görə, 15 milyondan çox məktəb yaşına çatmış qız ömründə bir dəfə də olsun məktəbə ayaq basmayıb. Onların 9 milyonu Afrika ölkələrinin payına düşür. İmkansızlıq, erkən nigahlar və s. səbəblərdən bu rəqəmlər ildən-ilə artıb.
Lakin son 10 il ərzində ciddi irəliləyişlər müşahidə olunub. Artıq 2014-cü ildə orta məktəbi bitirənlərin 100-ü oğlan 94-ü isə qız uşaqları olub. 2016-cı ildə bu göstəricilər bir az da artıb.
Lakin 65 yaşından yuxarı qadınlar arasında hər 10 nəfərdən 3-ü hələ də adını belə yaza bilmir. Sosial şəbəkədə paylaşılan bu məlumatlar geniş müzakirələrə səbəb olub. Xüsusilə də Türkiyədə qadınların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən bir çox QHT-lər bu nəticələr qarşısında dəhşətə gəldiklərini qeyd ediblər. / Publika.az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...