Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“15 yaşlı oğlanlar, 9 yaşlı qızlar…” – İranla bağlı inanılmaz hesabat

Hesabatda İranın dini-siyasi rəhbərliyindən qanunsuz edamları dayandırmaq tələb olunub.

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman İranda insan haqlarının vəziyyəti ilə bağlı II hesabatını bu təşkilatın İnsan Hüquqları Şurasına təqdim edib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, hesabatda İranın dini-siyasi rəhbərliyindən qanunsuz edamları dayandırmaq tələb olunub.

Hesabatda bildirilir ki, İran İslam Respublikasında dini-siyasi rejimə qarşı keçirilən kütləvi etirazların davam etməsi ölkə üzrə insan haqlarının kobud formada pozulmasının təzahürüdür:

“Bunu hüquqşünasların, hüquq müdafiəçilərinin və əmək fəallarının həbs olunması, İran hakimiyyətinin vətəndaşların dinc etirazlarına qarşı zorakılıq nümayiş etdirməsi də göstərir.

Biz İranda yaşı 18-ə çatmamış yeniyetmələrin edam olunmasının davam etdirilməsindən narahatlığımızı bildirir, hesab edirik ki, İran İslam Respublikası bu edamlarla beynəlxalq qanunlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini nümayiş etdirir.

Təəssüflər olsun ki, İran İslam Respublikası qanunlarına görə, 9 yaşına çatan qızları və 15 yaşına çatan oğlanları edam etmək mümkündür. Məhz həmin qanunlara görə, 2013-cü ildən bu yana İranda yaşı 18-ə çatmamış ən azı 33 məhkum edam edilib. Düşünürük ki, İran parlamenti və İran Məhkəmə Sistemi yeniyetmələrin edamını dayandırmalıdır. Ümumilikdə isə 2018-ci ilin yanvarından oktyabr ayına qədər İranda ən azı 207 nəfər müxtəlif ittihamlara görə edam olunub”.

Hesabatda qeyd edilib ki, xəbərdarlıqlara baxmayaraq, İranda milli və dini azlıqlardan olan fəalların kütləvi həbsləri də davam edir:

“O cümlədən Azərbaycan əyalətlərində, Kürdüstan və Sistan-Bəlucistanda milli fəalların, eləcə də bəhailərin, xristianlığı qəbul edənlərin, Qonabad dərvişlərinin, əmək fəallarının və ikili vətəndaşlığı olanların həbsinin davam etdirilməsi ciddi narahatlığa səbəb olur”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...