Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

16 yaşlı müsəlman qız qaçqınlara bir maşın yardım yolladı…- İbrətamiz

“Onlar üçün dua edəcəyik…”

Birləşmiş Ərəb Əmirliklərində Saher Kapadiya adlı qız qaçqınlar üçün bir yük maşınını dolduracaq humanitar yardım toplayıb.

Din.az Moderator24.com-a istinadla xəbər verir ki, 16 yaşlı qız humanitar yardımı “Qızıl Aypara” fondu ilə əməkdaşlıq yaratmaqla Livandakı düşərgələrdə çətin şəraitdə yaşayan mühacirlər üçün təşkil edib.

“Burada müxtəlif mallar: konservləşdirilmiş qidalar, qış paltarları, dəftərxana ləvazimatı və s. toplanıb”- deyə Saher xanım məlumat verib.

“Tez-tez eşidirəm ki, çoxları deyir: ”Onlar üçün dua edəcəyik…” Ancaq bu, kifayət deyil. Gerçəkdən kömək göstərmək istəyirsinizsə, bir şey etməlisiniz. Biz müharibəni dayandıra bilmərik, amma qaçqınlara kömək edə bilərik və bu, bizim borcumuzdur. Gənclər isə daha həssas olmalıdırlar. Çünki qaçqınların problemlərini dəfələrlə eşitdikdikdən sonra çoxları artıq bu məlumatlara diqqət yetirmir…”-deyə müsəlman qız vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...