Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

17 ərəb ölkəsindən ABŞ-ı QƏZƏBLƏNDİRƏCƏK ADDIM

Müsəlman ölkələrinin bu qərarı Vaşinqton tərəfindən sərt reaksiya doğuracaq.

17 ərəb ölkəsi “Yeni İpək Yolu” layihəsində iştirakla bağlı Çin ilə müqavilə imzalayıb.

Din.az xəbər verir ki, müqavilələr Çin-Ərəb Reformu və İnkişaf Forumunda imzalanıb.

Ərəb ölkələrinin bu qərarının Vaşinqton tərəfindən sərt reaksiya doğuracağı gözlənilir. Çinin dünyaya açılma olaraq gördüyü trilyon dollarlıq layihənin qarşısında ən böyük əngəl ABŞ hesab olunur.

Qeyd edək ki, “Yeni İpək Yolu” layihəsinin təşəbbüskarı Çin olsa da, indi Avropanın onun reallaşmasında marağı heç də Pekinin maraqlarından az deyil. Avropa İttifaqının böyük dövlətləri Çin istiqamətində ticarətin həcmini sürətlə artırmaq fikrindədirlər. Artıq Böyük Britaniya, Almaniya və Fransa Vaşinqtonun iradəsini nəzərə almadan Pekinin irəli sürdüyü layihələrdə aktiv iştirakçı olmaqdadırlar. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...