17 ildən sonra ilk namaz qılındı

Namaz təhlükəsizlik qüvvələrinin nəzarəti altında gerçəkləşdirilib
Kosovada bosniyalıların çox maraq göstərdiyi Mitroviça şəhərində 200 müsəlman müharibədən 17 il sonra ilk dəfə serbiyalılar “Adəm Jashari” Meydanında Ramazan bayramı namazını qılıb.
“Din.az” xəbər verir ki, açıq havada namaz qılan 200 müsəlman, 17 ildən sonra burada azanın oxunması və namazın qılınmasından məmnunluq duyduğunu ifadə edib.
Namaz təhlükəsizlik qüvvələrinin nəzarəti altında gerçəkləşdirilib. Polis də bayram namazının problemsiz qılınması üçün böyük əmək sərf edib.
Bayram namazını qıldıran imam Cen Bala, müsəlmanların cənub bölgəsindəki məscidlərdə deyil, gələcəkdə İbrə Məscidinin yerləşdiyi yerdə namaz qılmalarını xahiş edib.