Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Peyğəmbərimiz kimlərin cənnətlik olduğunu bildirib?

Uca Allah peyğəmbərinə belə deməsini əmr edib: ” Özümə və sizə nə ediləcəyini əsla bilmirəm” (“Əhqaf” surəsi, 9).

Hədislərdən birində Peyğəmbərimizin: “Məni görən və ya məni görəni görən müsəlmana cəhənnəm odu toxunmayacaq”.[1] dediyi, yaxud başqa hədislərdə kimlərin cənnətlik olduğunu adlar çəkməklə müjdələdiyi iddia edilir.[2] Halbuki Quranda Peyğəmbərimizə: “De ki, “mən peyğəmbərlərin birincisi deyiləm; özümə və sizə nə ediləcəyini əsla bilmirəm; mən yalnız (vəhyi) olduğu kimi bəyan edən xəbərdar ediciyəm”” (“Əhqaf” surəsi, 9) deməsi əmr edilir.

Cənnətə daxil olmağın vizasının Peyğəmbərimizi görmək və onu görənləri görmək olduğu bir din Allahın dini deyildir. Bununla yanaşı, eyni mənbələrdə Peyğəmbərimizə aid olduğu rəvayət edilən və Quran ayələrinə uyğun olan bəzi ifadələr də qeyd edilmişdir. Bir hədis rəvayətinə görə peyğəmbərimizin belə dediyi iddia edilir: “… Allaha and içirəm ki, mən Allahın rəsulu olduğum halda, mənə və sizə sabah Allah tərəfindən nə ediləcəyini bilmirəm”.[3] Aydın olduğu kimi bəhs edilən bu hədis rəvayəti Qurana uyğun olduğu halda əks iddiaların olduğu hədislərə də ziddir.

 

[1] Tirmizi, Mənaqib, (3857)

[2] Əbu Davud, Sunnə 9, (4648, 4649, 4650)

[3] Buxari, Cənaiz 3)

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...