Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şirvanşahlar böyük güclərin vassalı olub?

Tarixin hansısa bir mərhələsi utanc yeri ola bilərmi?

Bir neçə gün öncə təhsil üzrə ekspert, tarixçi Kamran Əsədovun saytlardan birinə verdiyi açıqlama böyük reaksiya doğurdu. Onun Şirvanşahlar dövlətini utanc yeri adlandırması tarixçilər arasında müzakirələrə səbəb oldu.

“Mən Şirvanşahlar dövlətini və onun mövcudluğunu, fəaliyyətini qəbul etmirəm. Həmişə mübarizədən qaçıb. Təslimçi və rüsvayçı şərtlər altında tabe olub. Böyük güclərin vassalı olub. Amma qürurla yad etdiyim, fəxr etdiyim dövr Səfəvilərdir. Sona qədər mübarizə aparan, məğlub olsa da, təslim olmayan bütöv Azərbaycan yaradan bir dövlət. Şirvanşahlar dövləti Azərbaycan tarixinin utanc, Səfəvilər isə qürur yeridir”, – deyən eksperti tarixçi Fariz Xəlilli sərt tənqid edib.

Din.az A24.Az saytına istinadən xəbər verir ki, F.Xəlilli K.Əsədovu dırnaqarası tarixçi adlandırıb.

“Tarixin hansısa bir mərhələsi utanc yeri ola bilməz. Tarix boyunca qalibiyyət də ola bilər, məğlubiyyət də. Hansısa bir məğlubiyyət utanca səbəb ola bilməz. Bu tarixçiyə yaraşmayan bir fikirdir. Ona görə də mən “dırnaqarası tarixçi” deyərdim.

K.Əsədovu yaxşı tanımıram, qələmindən xəbərdar deyiləm. Nə yazıb, hansı elmi  əsərləri ortaya qoyub, bilmirəm. Amma düşünürəm ki, bu, ancaq həvəskar bir tarixçinin dediyi söz ola bilər. Məsələyə profisional yanaşan şəxs belə fikir səsləndirməz. Ola bilər ki, həvəskardır, Şirvanşahlar tarixi haqda həmin insanın məlumatı azdır. O oxuyub, öyrənməlidir. Çünki Şirvanşahlar min illik bir dövr ərzində Səfəviləri, ərəbləri,  monqolları və s. görmüş bir dövlətdir. Əgər utanc yeri olsa idi, necə bu qədər müddət mövcud ola bilərdi? Tarixçi belə məsələlərə obyektiv yanaşmalıdır. Tarixçimiz bilməlidir ki, dövlətçilik ənənələrindən başqa, Şirvanşahlar dövləti necə böyük mədəni irs qoyub”.

Xəyalə Bünyatova // A24.Az

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...