Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

QURAN VƏ ELM

“Düşünüb ibrət almağınız üçün hər şeyi cüt (erkək və dişi) yaratdıq”. (“Zariyat” surəsi, 49)

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

CÜT YARADILIŞ

“Yer üzünün bitirdiklərindən, öz-özlərindən və bilmədikləri çox şeydən bütün cütləri Yaradan çox ucadır”. (“Yasin” surəsi, 36)

“Düşünüb ibrət almağınız üçün hər şeyi cüt (erkək və dişi) yaratdıq”.  (“Zariyat” surəsi, 49)

Ayədə qeyd edilən “əzvac” sözü, “zəvc” sözünün cəm forması olub “cüt, həyat yoldaşı” mənasına gəlir. Buradan aydın olduğu kimi bu söz cüt mənaları ifadə edir. Ayədə erkək və dişi olaraq yaradılışa 3 nümunə verilir:

– Torpaqdan çıxan cütlər: Torpaqdan çıxan cütlər dedikdə, insanın ağlına ilk gələn, bitkilərdəki dişilik və erkəklik xüsusiyyətidir.

– Öz-özlərindən olan cütlər: İnsanların dişi-erkək olaraq yaradılmalarıdır.

– Bilinməyən cütlər: Quranın nazil edildiyi dövrdə kainatdakı cüt yaradılışların bir çoxundan insanların xəbəri yox idi. Əslində bütün kainatı əmələ gətirən maddə cüt yaradılışın üzərinə qurulub.

Kainatdakı bütün maddələrin əsası atomlardır. Atom üzərində aparılan araşdırmalar davam etdirildikcə, mövcud olan hissəciklərin sırf protonlardan, neytronlardan, elektronlardan əmələ gəlmədiyi, atomun güman etdiyimizdən də qarışıq, daha həssas, daha mükəmməl quruluşa malik olduğu aydın olub. Hətta atomun kiçik hissəcikləri üçün də cütlər şəklində yaradılış hökmü mövcuddur:

– Protona qarşı cütü anti-proton vardır.

– Elektrona qarşı cütü pozitron vardır.

– Neytrona qarşı cütü anti-neytron vardır.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...