Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

18 dini icmaya şəhadətnamə verilib

Azərbaycan dinə, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş 18 dini icmaya şəhadətnamələr təqdim edilib.

Din.az bildirir ki, Dini Komitədən Metbuat.az-a verilən xəbərə görə, bu məqsədlə təşkil edilmiş tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Respublikamızda mövcud olan dövlət-din münasibətlərindən danışan DQİDK sədrinin birinci müavini Səyyad Salahlı vurğulayıb ki, Prezident İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü siyasəti nəticəsində Azərbaycan digər sahələrdə olduğu kimi dinə, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib. Diqqətə çatdırıb ki, ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir.

Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələr verən Dövlət Komitəsi sədrinin birinci müavini onlara daha aktiv olmalarını, ümummilli maraqlardan çıxış etməyi tövsiyə edib. S.Salahlı eyni zamanda, dini icma sədrlərinin məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısının alınması, milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrinin vacilbliyini qeyd edib. Daha sonra qeydiyyat şəhadətnamələri dini icma sədrlərinə təqdim edilib.

Şamaxı rayonu Sabir qəsəbə məscidi dini icmasının sədri Tofiq Nuriyev çıxış edərək dinə dövlət qayğısından danışıb. DQİDK-nın fəaliyyətində dini icmalarla sıx əməkdaşlığa xüsusi diqqət yetirilməsini yüksək qiymətləndirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...