Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

RAMZAN KADIROV ÜSYAN ETDİ

“Onlar insanları qaçılmaz ölümə məhkum etdilər”.

“Humanitar fəlakət təcili şəkildə dayandırılmalıdır” Çeçenistan rəhbəri Myanmada qan tökülməsinin qarşısının alınması ilə bağlı çağırış edib.
Din.az xəbər verir ki, Ramzan Kadırov paytaxt Qroznıda Rohinca müsəlmanlarına dəstək məqsədilə keçirilən aksiyada Myanmada qanın dayandırılması ilə bağlı çağırış edib. “Biz cavabdeh şəxslərin cəzalandırılmasını və insanlığa qarşı cinayətlərin beynəlxalq şəkildə araşdırılmasını tələb edirik. Biz, eyni zamanda sərhədlərini bağlayan və qaçqınlara yardım göstərməyə etiraz edən ölkələri cavab verməyə çağırırıq. Onlar insanları qaçılmaz ölümə məhkum etdilər. Humanitar fəlakət təcili şəkildə dayandırılmalı və Rohincanın ölən insanlarına yardım əli uzadılmalıdır.” – R.Kadırov bildirib.  / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...