Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Almaniyada MUHƏMMƏD adı sürətlə yayılır – STATİSTİKA

Yaxın illərdə Muhəmməd adı ilk onluqda yer alacaq.

Almaniya Dilçilik İnistitunun açıqladığı hesabata görə, Muhəmməd adı yaxın 3 il ərzində bu ölkədə 10 ən papulyar addan biri olacaq.

Din.az xəbər verir ki, ekspertlər buna son 3 ildə Almaniyaya olan güclü müsəlman miqrant axınının səbəb olduğunu bildirirlər.

Hesabatda qeyd olunub ki, 2015-ci ildə 41-ci sırada yer alan Muhəmməd adı, sürətlə irəliləyərək 2016-cı ildə 21-ci pillədə qərarlaşıb. Bu artım tempini nəzərə alaraq, ekspertlər yaxın 3 il ərzində Muhəmməd adının ilk onluqda yer alacağını proqnozlaşdırır.

Qeyd edək ki, bir neçə fərqli yazılışda istifadə olunan Muhəmməd adı son illərdə Avropa ölkələrinin bir çoxunda ailələr üçün ən çox üstünlük təşkil edən ad olub. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...