Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Ekspert: “Ərəb kapitalının Azərbaycana marağı var”

Natiq Cəfərli: “Azərbaycanın ÜTT-yə qəbul olunması vacibdir”.

“Yeni İnvestitsiyalar yeni iş yerləri, büdcəyə əlavə daxilolmalar deməkdir”.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ərəb investorları Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsinə maraq göstərir. 

Din.az bildirir ki, bunu ərəb investisiyalarının Azərbaycandakı perspektivlərini Sputnik Azərbaycan-a şərh edərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib.
“İstənilən ölkə daha çox investisiya cəlb etməyə çalışır. Körfəz ölkələrindən olan biznes strukturlar son 15-20 ildə dünyada aqressiv şəkildə investisiyalar qoyurlar. Azərbaycan da çalışır ki, bura həmin yatırımların bir qismi cəlb olunsun. Ərəb investorları Azərbaycanda turizm və kənd təsərrüfatı sahəsinə maraq göstərirlər. Amma külli miqdarda ərəb kapitalının yaxın zamanda Azərbaycana gələcəyi şübhə doğrur. Çünki xarici kapitalın Azərbaycanda fəaliyyətinin oyun qaydaları ilə bağlı oturuşmuş bir fikir yoxdur. Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması üçün iki şərtə ehtiyac var. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olunması vacibdir”, — deyə o bildirib.

Qeyd edək ki, mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...