Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ABŞ Suriyanı vursa, Türkiyə savaşa qoşulacaq? – XİN

“Kimyəvi hücum insanlığa qarşı törədilmiş cinayətdir”.

Prosesləri izləyirik, görək baş verənlər bizə nəyi göstərəcək.

Din.az xəbər verir ki, bu sözləri Türkiyə XİN sözçüsü Hami Aksoy ona ünvanlanmış “ABŞ Suriyanı vursa, Türkiyə bu əməliyyata dəstək verəcəkmi” sualına cavab verərkən deyib.

“Kimyəvi hücum insanlığa qarşı törədilmiş cinayətdir. Belə bir hücumun təkrarlanmaması üçün günahkarlar cəzalandırılmalıdır”, – Aksoy bildirib.

Qeyd edək ki, son vaxtlar Suriyanın Şərqi Qutaya kimyəvi hücum etməsi böyük xaosa səbəb olub. ABŞ-ın Suriyanın hərbi obyektlərinə zərbə endirəcəyi gözlənilir. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...