Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“İŞİD-ə qarşı ən səmimi mübarizəni Türkiyə aparıb”.

“Afrində 4 123, İraqın şimalında 337, ölkə daxilində isə 337 terrorçunu zərərsizləşdirmişik”.

Din.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada tramvay xəttinin açılış mərasimində bildirib.

R.T.Ərdoğan terrorçulara qarşı mübarizəni davam etdirəcəklərini də vurğulayıb.

“Kimyəvi silahdan istifadə edilməsi məsələsini və qətliamın qarşısının alınması məsələsini aprelin 11-də ABŞ Prezidenti Donald Trampla telefonla danışdım, aprelin 12-də isə Rusiya prezdenti Vladimir Putinlə danışacağam. Hadisələr göstərdi ki, İŞİD-ə qarşı ən səmimi mübarizəni Türkiyə aparıb. Qalanları Suriyada İŞİD-ə qarşı mübarizə adı atlında öz hədəflərini həyata keçirməyə çalışıblar. Biz artıq Suriya və İraqda oynanılan teatrın başa çatmasını, maskaların yırtılmasını istəyirik. Qatil Əsəd rejimini və terrorçu PKK/YPG-PYD qruplaşmasını dəstəkləynlər səhv edirlər”, – Türkiyə Prezidenti qeyd edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...