Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ABŞ sonda dediyini etdi – Suriyanı bombaladı

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb.

ABŞ administrasiyası Suriyaya mümkün hücum ilə bağlı qərar qəbul edib.

Din.az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxış edərək bəyan edib.

Onun sözlərinə görə, hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir. “Hazırda Bəşər Əsədin potensial kimyəvi silahları ilə əlaqəli obyektlərə yüksək dəqiqlikli zərbələr endirilir. Hərbi əməliyyat Böyük Britaniya və Fransa Silahlı Qüvvələri ilə birgə həyata keçirilir”, deyə D.Tramp qeyd edib.

ABŞ prezidenti həmçinin bildirib ki, ABŞ Rusiyaya və İranla münasibətlərin normallaşdırılmasına ümid edir. “Lakin bu baş tutmaya da bilər”, deyə D.Tramp əlavə edib.

Bununla belə, ABŞ prezidenti ölkəsinin Suriyada uzunmüddətli hərbi iştirakını istisna edib: “Hər hansı vəziyyətdən asılı olmayaraq hərbçilərimizin Suriyada qalmağına çalışmırıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...