Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Dəməşq sakinləri Bəşşar Əsədə dəstək məqsədilə küçələrə çıxıblar – VİDEO

Bəşşar Əsədə dəstək şüarları səsləndirldi.

Dəməşq sakinləri ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya aviazərbələr endirməsindən sonra küçələrə çıxıblar.

Din.az “Report”a istinadən xəbər verir ki, suriyalılar ölkə bayraqları ilə əvvəlcədən planlaşdırılmayan mitinq təşkil ediblər.

Onlar əllərində bayraqlarla Suriya ordusuna, hökumətə və Bəşşar Əsədə dəstək şüarları səsləndirirlər.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Dumada kimyəvi silahdan istifadə iddiasına cavab olaraq Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...