Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ekspert ərəb turistlərin Azərbaycana marağının səbəblərini açıqladı

Azər Allahverənov: “Sovetlər dönəmindəki məhdudiyyətlər müsəlman turistlərin marağını azaltmışdı”

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyir ki, müstəqilllik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib.

“İsam ölkələrindən olan turistlərin Azərbaycana marağı başa düşüləndir”.

Din.az bildirir ki, bunu müsəlman ölkələrindən olan turistlərin Azərbaycana olan marağını Sputnik Azərbaycan-a şərh edərkən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
O bildirib ki, əvvəlki illərdə müsəlman turistlər daha çox Amerika və Avropa ölkələrinə üz tuturdular:

“Sovetlər dönəmində müəyyən məhdudiyyətlərin olması onların bura marağını azaltmışdı. Ancaq indi müstəqillik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib. Qəbul edilən proqramlarda da hədəf kütləsi kimi Ərəb ölkələrindən olan turistlər seçilmişdi. Azərbaycan ərəb turistləri üçün yeni ölkədir və onların bura maraqları böyükdür”.

Azərbaycan İslam turizminin ən populyar istiqamətlərinin 2018-ci ilin “Global Muslim Travel Index” reytinqində 130 ölkə arasında 10-cu yer tutub.

 

 

 

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...