Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Deputatlığa namizəd qadının şəklini öpdüyünə görə cərimələndi – FOTO

İraqda gənc oğlan deputatlığa namizəd qadının şəklini öpdü.

İraqda gənc oğlanın İraq parlamentinin deputatlığına namizəd qadının şəklini öpməsi başına bəla olub.

Din.az xəbər verir ki, İraqda gənc oğlanın İraq parlamentinin deputatlığına namizəd qadının şəklini öpməsi başına bəla olub. Bəla isə “Ansar al-haq” fraksiyasından Nəcəf şəhərindən deputatlığa namizəd qadın Hətbə əl-Həsnəvinin şəklinə yaxınlaşaraq öpməsi və sonradan bunu sosial şəbəkələrdə paylaşması səbəb olub.

Video vasitəsilə paylaşılan videoda o, “dodaqların necədə gözəldir” deyərək ona səss verəcəyini deyir və öpür.

Bundan sonra deputatlığa namizəd qadının qəbiləsi bunu “təhqir” və əxlaqsızlıq olduğunu bildirərək gəncin cəzalanmasını tələb ediblər. Qanun təmsilçiləri isə gəncin həbsini mümkünsüz sayaraq, yalnız pul cəzası ilə məsələnin bağlanacağını bildiriblər.

Gənc sonda 100 milyon İraq dinarı (təxminən 84 min dollar) məbləğində cərimə ilə canını qurtara bilib.

Faktı Hətbə əl-Həsnəvinin mətbuat xidməti təsdiq edib. / İslamazeri.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...