Mahmud Abbas Fələstin Azadlıq Təşkilatına yenidən sədr seçilib

Mahmud Abbas sədr postuna yenidən təyin edilib.
Fələstin Azadlıq Təşkilatının İcra Komitəsi Fələstin Prezidenti Mahmud Abbası sədr postuna yenidən seçib.
Din.az xəbər verir ki, bu barədə cümə günü “Wafa” agentliyi məlumat yayıb.
Bildirilir ki, qərar Fələstin Milli Şurasının Rəmallahda keçirilən iclasında yekdilliklə qəbul olunub. / Report.az