Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

İyun ayından səudiyyəli qadınlar avtomobil sürə biləcəklər

“Krallıqda qadınların avtomobil idarə edə bilməsi üçün bütün zəruri hazırlıqlar iyunun 24-dək bitəcək”.

Səudiyyə Ərəbistanında qadınlar 24 iyundan avtomobil idarə edə biləcəklər.

Din.az-ın məlumatına görə, bu barədə yol hərəkəti baş idarəsinin rəhbəri Məhəmməd bin Abdulla əl-Basami adından yayılan məlumatda bildirilir.

Məlumatda deyilir: “Krallıqda qadınların avtomobil idarə edə bilməsi üçün bütün zəruri hazırlıqlar iyunun 24-dək bitəcək”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı ötən ilin sentyabr ayında qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...