Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə pozuntuları aşkarlandı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maliyyədən yayınıb?

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində maliyyə nöqsanları aşkarlanıb.

Din.az-ın A24.Az-a istinadla məlumatına görə, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti üzrə hesabatda bildirilir.

Ötən il aparılan yoxlamaların nəticələrinə əsasən Dövlət Komitəsində əməkhaqqının ödənilməsi üzrə 9 733, nəqliyyat xərcləri üzrə 3 043,5, tədbirlərin keçirilməsi üzrə 10141, digər xərclər üzrə 19330 və vergi, rüsum və s. ödəmələr üzrə 154 olmaqla, ümumilikdə 42 401,5 manat maliyyə yayınması faktı aşkarlanıb. Yoxlamaların nəticəsində görülən tədbirlərdən sonra vəsait dövlət büdcəsinə qaytarılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...