Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Kadırov Fransadakı dəhşətli hadisəni şərh etdi: Çeçenistanda doğulsa da…

“Bu adam Çeçenistanda yalnız anadan olub”.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Parisdə insanlara bıçaqla hücum edən şəxsin həqiqətən Çeçenistanda anadan olduğunu, lakin baxış və inanclarının, yetişdiyi Fransız cəmiyyətində formalaşdığını bildirib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, Kadırov “Teleqram” sosial şəbəkəsindən Paris təcavüzkarı ilə bağlı verdiyi bəyanatda, “Hamzat Əzimov həqiqətən 14 yaşında Rusiya pasportu alıb.

Amma bu pasport hazırda əsaslı deyil, çünki 20 yaşında yeni pasport almayıb” sözlərini bildirib.

Əzimovun malik olduğu fikirlərin məsuliyyətinin Fransız cəmiyyətə aid olduğunu bildirən Kadırov, “Bu adam Çeçenistanda yalnız anadan olub. Şəxsiyyətinin formalaşması, fikir və əqidələri Fransız cəmiyyətində formalaşıb”, – deyə bildirib.

Xatırladaq ki, kimliyi naməlum bir şəxs dünən axşam Fransanın paytaxtı Parisdə həyata keçirdiyi bıçaqlı hücum nəticəsində 2 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Daha sonra həmin şəxsin 20 yaşında bir Çeçen olduğu bildirilib. Bıçaqla hücum edən şəxs təhlükəsizlik qüvvələri vurularaq öldürülüb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...