Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Netanyahunun karikaturasını çəkdiyinə görə işdən çıxarıldı

Rəssam çəkdiyi karikaturaya görə peşman olmadığını da vurğulayıb.

Almaniyada “Süddeutsche Zeitung” qəzetinin karikaturaçı rəssamı Dieter Hanitzsch Netanyahunun karikaturasnı çəkdiyi üçün işdən çıxarılıb.

Din.az xəbər verir ki, Almaniyanın yerli qəzeti olan “Süddeutsche Zeitung” karikaturaya görə üzr istəmək məcburiyyətində də qalıb.

Karikaturada yer alan görüntü isə “Eurovision 2018” mahnı müsabiqəsində qalib gələn müğənni Netta Barzilayın paltarının Netanyahuya geyindirilməsidir. Həmçinin əlində raket tutan Netanyahu “Gələn il Qüdsdə” deyərək mahnı oxuduğu şəkildə təsvir edilib.

Sosial media və Almaniyanın digər media qurumlarından gələn sərt reaksiyalardan sonra Hanitzschin işdən çıxarılıb.

Hanitzsch alman mediasına verdiyi açıqlamasında işinə xitam verildiyini təsdiqləyib və karikaturada nəyi demək istədiyini bu cür izah edib: “Netanyahu müğənni Nettanın qələbəsindən pis məqsədləri üçün istifadə edir”. O bildirib ki, bir müxbirin çəkdiyi şəkildən dolayı işinə son verilməsi çox təsadüf edilməyən bir şeydir: “Qışqıra bilərsən, ona xəbərdarlıq edə bilərsən, amma işdən qovmaq yaxşı yol deyil”.

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...