Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Putin Allaha inamla bağlı sualı cavablandırdı

“Hətta ən qəddar ateistlər belə səngərdən qalxır, Allah barədə fikirləşirdilər.”

Rusiya prezidenti Vladimir Putin ənənəvi illik canlı yayım zamanı Allaha inamla bağlı sualı cavablandırıb.

Din.az-ın bildirdiyinə görə, dövlət başçısı hesab edir ki, hər kəs qəlbində inamla doğulur, ancaq bəziləri ekstrimal şəraitdə bunu anlayır.

“Bu şəxsi məsələdir. Bununla bağlı publikada danışmaq çox çətindir. Fikrimcə, insan qəlbində inamla doğulur. Müxtəlif insanlar fərqli yerdə və fərqli vəziyyətlərdə bunu anlayır”, – Putin bildirib.

“Belə deyək, İkinci Dünya Müharibəsi zamanı hətta ən qəddar ateistlər belə səngərdən qalxır, hücuma gedir və inanıram ki, onların hamısı Allah barədə fikirləşirdilər.

Elə insan var ki, bunu ekstrimal vəziyyət olmadan anlayır. Ancaq çətin vəziyyətə düşəndə hamı bu haqda düşünür”, – rus lider əlavə edib. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...