Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran generalı: “İsrail bizdən buludları oğurlayır ki, yağış yağmasın”

İranlı generaldan gülməli və təəccüblü sözlər …

İran ordusunun generalı Qolamreza Calali İrandakı anomal istiliyin və quraqlığın səbəbini İsraildə görür. General çıxış edərək İsraili yağış buludlarını oğurlamaqda ittiham edib.

Din.az xəbər verir ki, general Cəlali guya İranın elmi mərkəzlərindən birinin tədqiqatına əsaslanıb:

“İranda iqlim dəyişikliyi şübhə yaradır. Xarici müdaxilənin iqlim dəyişikliyi yaratdığı göz qabağındadır. İsrail bölgənin başqa bir dövləti ilə( ?!) əməkdaşlıq edərək çalışırlar ki, İrana gələn buludlarda yağış olmasın. Bundan başqa bizdən yalnız yağışları deyil, qarı da oğurlayırlar”- general Cəlali deyib.

Generalın bu açıqlamaları Əl-Cəzirə telekanalında yayınlanan kimi İran sosial şəbəkələri generalı məsxərəyə qoyaraq gülüş hədəfinə çevirib. Hakimiyyətin daxili problemi həll edə bilməyəndə xarici düşmən izi axtarması kütləyə hesablanmış zəif gedişdir. İran generalı da belə bir gedişlə özünü həmvətənlərinin gülüş hədəfinə çevirib və sosial şəbəkələrdə kollajlar təsvir olunub.

Generalın bəyanatını ilk növbədə İran meteroloji xidmətinin direktoru Ehad Vazif təkzib edib. “Meteroloji tədqiqat birmənalı şəkildə bildirir ki, bir ölkənin başqa ölkədən bulud, yağış, qar oğurlaması mümkün deyil”

Quraqlığın yaratdığı su problemi bu gün İranda etiraz aksiyalarını artırıb. Etirazçıların fikrinə görə İran hakimiyyəti “Hizbulla”, HAMAS, Suriya rejiminə daha çox pul ayırır, nəinki maddi çətinlik çəkən öz xalqına.  / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...