Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Azərbaycanlıların təhqir olunması qadağan edilir – Qanun

“İranda yaşayan qeyri-fars millətlərinin təhqir edilməsi qanuna ziddir”.

İran parlamentinə bu ölkədə yaşayan qeyri-fars millətlərinin təhqir edilməsini qadağan edən qanun layihəsi təqdim ediləcək.

Din.az xəbər verir ki, qanun layihəsinin müəllifi deputat Humayun Yusifidir.

O bildirib ki, İranda yaşayan qeyri-fars millətlərinin təhqir edilməsi qanuna ziddir.

Deputat bununla bağlı hazırladığı qanun layihəsini yaxın günlərdə parlamentin müzakirəsinə çıxarılacağını açıqlayıb: “Məqsədim bütün millətlərə xidmət etməkdir”.

Qeyd edək ki, İranda millətçi qruplaşmaların hücumlarına məruz qaldığı əsas millətlərdən biri də Güney Azərbaycan türkləridir. Azərbaycanlılar dəfələrlə İranın dövlət televiziyası və müxtəlif media qurumlarında təhqir edilib. / Teleqraf.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...