Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Türkiyə siyasətinin böyük uğuru: Pakistan qəbul etdi…

“Ümid edirəm ki, bu yaxınlarda Azərbaycanda da FETÖ terror təşkilatı elan ediləcək.

Pakistanın FETÖ-nu terror təşkilatı kimi tanıması və FETÖ məktəblərinin Türkiyə Maarif Vəqfinə verilməsi Türkiyə xarici siyasətinin uğuru kimi dəyərləndirilməlidir.

Din.az bildirir ki, bu sözləri Axar.az-a Pakistan Ali Məhkəməsinin FETÖ-nu terror təşkilatı kimi tanımasına münasibət bildirən politoloq Əhəd Məmmədli deyib.

O bildirib ki, Pakistan nüvə gücü olsa da, bu ölkə ingilislər tərəfindən Hindistandan ayrılaraq müstəqil dövlət elan ediləndən sonra ABŞ-ın arxa bağçası idi:

“İndi də Pakistan iqtidarına amerikan təsirini nəzərə alsaq, bu, türk beynəlxalq siyasətinin ciddi uğurudur. Ümid edirəm ki, bu yaxınlarda Azərbaycanda da FETÖ terror təşkilatı elan ediləcək”.

Qeyd edək ki, Pakistan Ali Məhkəməsi FETÖ-nu terror təşkilatı kimi tanıdığını elan edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunun böyük önəm daşıdığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...