Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

FETÖ-nün Azərbaycan üzrə məsul şəxsi belə həbs edildi – Video

Türkiyə FETÖ-ya qarşı mübarizəni davam etdirir.

FETÖ-nün Azərbaycandakı məsul şəxsi, bağlanan “Zaman” qəzetinin Bakı mətbəəsinin sahibi Türkiyədə həbs edilib.

Din.az “Qafqazinfo”ua istinadən xəbər verir ki, ötən gün Azərbaycanın saxlayaraq Türkiyəyə təslim etdiyi İbrahim E. prokurorluqda ifadə verib. Daha sonra məhkəməyə çıxarılan FETÖ-çü haqda həbs qərarı verilib.

Xatırladaq ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) haqqında daha əvvəl yaxalanma qərarı çıxarılan İbrahim E.-nin yerini təsbit etdikdən sonra bu barədə Azərbaycan tərəfini məlumatlandırmışdı. FETÖ-çü MİT-in dəstəyi ilə Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatda saxlanılaraq ötən həftə iki azərbaycanlı polisin müşayiəti ilə İstanbula aparılmışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...