Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

200 min müsəlmanın namaz qıldığı məkanda partlayış

Terror aktını kimsə üzərinə götürməyib

Banqladeşin paytaxtı Dəkkə yaxınlığında baş verən partlayış 1 polis əməkdaşının həyatına son qoyub.

“A24.az” bildirir ki, “hafta.az” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, insident Dəkka şəhərindən 117 km aralıda Şolakiya yaşayış məntəqəsinin yaxınlığında baş verib. Partlayış 200 000 müsəlmanın namaz qılmaq üçün toplaşdığı meydanda qeydə alınıb.

Yaralılar arasında bir neçə polis nümayəndəsi var. Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Daha əvvəl buna oxşar hücumları ölkədə şəriət qanunlarının tətbiqinin tərəfdarı olan “Camaat ul-mücəhəddin” qruplaşması törədib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...