Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Prokurorluq: Notr-Dam kilsəsi qəsdən yandırılmayıb

“Heç bir element kilsənin qəsdən yandırıldığını göstərmir”.

Paris Notr-Dam kilsəsiniin qəsdən yandırılmasını düşünmək üçün əsas yoxdur.

Din.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu araşdırmanın ilkin nəticələrinə istinadla Paris prokurorluğunun nümayəndəsi deyib.

Nümayəndə bildirib: “Heç bir element kilsənin qəsdən yandırıldığını göstərmir”.

Qeyd edək ki, aprelin 15-i Fransanın paytaxtı Parisin Notr-Dam kilsəsində güclü yanğın olub. Nəticədə kilsə üzərindəki qüllənin bir hissəsi aşıb, məbədin saatı yanaraq məhv olub. Yanğının söndürülməsində yüzlərlə yanğınsöndürən iştirak edib. Binanın böyük hissəsi dağılıb.

Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...