Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

İran rəhbərləri axmaqdırlar – Tramp

Tramp: “İran iqtisadiyyatı indi faciəli vəziyyətdədir”.

İran liderləri yeni nüvə sazişini bağlamaqdan imtina edərlərsə, demək, onlar eqoist və axmaqdırlar.

Din.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib.

Tramp qeyd edib ki, İran iqtisadiyyatı indi faciəli vəziyyətdədir.

“Onlar (İran rəhbərliyi – red.) bunu sürətli və ya 10 il sonra həll edə bilərlər. Onlara qarşı sərt sanksiyalar qüvvədədir. Onlar bu sanksiyalarla yaşamalıdır. Mən əmin deyiləm ki, İran rəhbərliyi öz xalqına görə narahatdır. Əgər narahat olurlarsa, onda sazişi bağlayacaqlar, əgər narahat deyillərsə, onda onlar yalnız özləri haqqında düşünürlər və eqoist və axmaqdırlar”, – ABŞ Prezidenti jurnalistlərə söyləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...