Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Keşişlər də hərbi təlimlərə cəlb edildi: Qatillərin “imanını artırmaq” üçün…

“Keşişlərin hərbçilərlə apardığı söhbət “vətəni daha dərindən sevməyə” kömək edəcək”.

Ermənistanda sentyabrın 24-dən başlayan hərnbi təlimlərə keşişlər də cəlb olunub.

Din.az Moderator.az-a istinadən bildirir ki, erməni Apostol Kilsəsinin keşişləri təlimlərdə iştirak edən hərbi hissələri ziyarət edib, poliqonlara gedərək hərbçilərlə görüşüblər.

Keşişlərin hücum məşqləri həyata keçirən hərbçilərin “imanını artrmaq” üçün təlimlərə cəlb edildiyi bildirilir. Rəsmi İrəvan hesab edir ki, keşişlərin poliqonlarda hərbçilərlə apardığı söhbət onların “daxili gücünmü” artıracaq, “vətəni daha dərindən sevməyə” kömək edəcək.

Məlumat üçün qeyd edək ki, erməni keşişləri tarixən erməni ordusunun apardığı hərbi əməliyyatlarda birbaşa və ya doilayısı ilə iştirak edib, digər xalqlara qarşı zorakılıq siyasətini dəstəkləyib, bu siyasətin ideya ilhamçıları qismində çıxış edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...