Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

26 yaşlı qız kişinin 4-cü arvadı olmaq üçün valideynlərini məhkəməyə verdi

3 arvadı olan müsəlman kişiyə qovuşmaq üçün bütün çətinliklərə dözdü.

İslamı qəbul etdiyinə görə hinduist valideynlərinin ev dustağı etdiyi 26 yaşlı Şamu Xan 3 arvadı olan müsəlman kişiyə qovuşmaq üçün bütün çətinliklərə dözüb…

Din.az xəbər verir ki, Hindistanda məhkəmə müsəlmanlığı qəbul etdiyinə görə öz qızlarını ev dustağı etmiş daha bir hinduist ailəsinin işinə son nöqtə qoyub.

Müsəlman olmamışdan öncə adı Şiva Parixar olan Şamu Xan adlı hind qızını heç bir şərt və qadağalar İslamı qəbul edərək sevdiyi müsəlmana – Cabalpur sakini Şamim Xana ərə getməkdən çəkindirə bilməyib. Ancaq 26 yaşlı qızın doğmaları onu hinduizm dininə qaytarmaq üçün əllərindən gələni etməyə qərar verərək Şamunu məhkəməsiz-filansız ev dustağı ediblər. Bunu bilən Şamim həyat yoldaşını qeyri-qanuni dustaqlıqdan xilas etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Şamu da gizli şəkildə məhkəməyə müraciət ünvanlayıb. Hakim bu macəranın bütün iştirakçılarını ifadə vermək üçün məhkəməyə çağırıb. Məhkəmədə prokuror bildirib ki, ixtisasca dərzi olan Şamimin artıq üç arvadı var və 4-cü arvad olmaq Şamu üçün asan olmayacaq. Lakin ixtisasca kompüter proqramçısı olan hind qız bu iddiaları rədd edərək bildirib ki, o, İslamı şüurlu şəkildə qəbul edib və üç arvadı olmasına rəğmən müsəlman Şamim ilə yaşamağa hazırdır. Bundan sonra məhkəmənin hind qızı ilə müsəlman oğlanın qovuşmasına razılıq vermək və Şamanın hinduist valideynlərinin iddialarını rədd etməkdən savayı yolu qalmayıb. (Moderator)

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...