Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

3 qadının intiharında Adnan Oktarın adı keçdi – Sənədlər açıldı

250 müridin verdiyi ifadələrə əsasən 3 intihar hadisəsi araşdırılır.

Adnan Oktar cinayət təşkilatının istintaqında 30 il bundan əvvəl baş verən və Türkiyədə gündəm yaradan 3 intihar hadisəsi yenidən araşdırılmağa başlanıb.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, 3 intihar hadisəsində adı çəkilənlər isə Paşakay, Kalkavan və Tınar adında 3 qadına edilən təzyiq və şantaj hallarıdır.

Hər ötən gün Adnan Oktarla bağlı bir çox hadisələrin ipucları açılamağa başlayır. 250 müridin verdiyi ifadələrdə 3 intihar hadisəsi də araşdırılmağa başlanıb.

Belə ki 1988-ci ildə Kadıköy Kızıltoprakda yerləşən binanın 10-cu mərtəbəsindən özünü atan 18 yaşlı Nil Kalkavan intihar etmişdi. Araşdırma zamanı gənc qızın psixoloji problemlərinin olduğu üçün intihar etdiyi bildirilib. Lakin Mali polsinin üzə çıxartdığı sənəd Adnan Oktar cinayət təşkilatının istintaqında yenidən araşdırılacaq.

Bundan başqa 2002-ci ildə “1995 Dünya Gözəllik Müsabiqəsi”nin finalçısı olan Ahu Paşakay özünü geyim dolabında asaraq intihar etmişdi. İstintaqa daxil olan digər bir hadisə isə 2000-ci ildə evində intihar edən Nuray Tınardır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...