Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

3 yaşlı uşaq Quranı əzbərlədi

Share Button

Uşaq Quran yarışlarına vəsiqə qazanıb

Nigeriyadan olan  3 yaşlı Məhəmməd Şəmsəddin Aliyu Quranı əzbərləyərək beynəlxalq Quran yarışlarına vəsiqə qazanıb.

“Din.az” “maide.az”a istinadən bildirir ki,uşağın atası doktor Aliyu Şəmsəddin  Zariya şəhərində Anqo Abdullaxi adına beynəlxalq məktəbin direktorudur. Bu məktəbdə az yaşlı uşaqlara Quran oxumağı və əzbərləməyi öyrədirlər.  “Məhəmməd 3 yaşında Quranı əzbərləyən ilk uşaq deyil, digər uşaqlar da var ki, Quranı bu yaşda əzbərləyiblər, lakin  Məhəmmədin üstünlüyü ondadır ki, o beynəlxalq Quran yarışlarına vəsiqə qazanıb”, – deyə atası bildirib.

Məhəmmədin atası Quranın hifzi üzrə keçirilən beynəlxalq yarışlarda onun birinci yeri tutacağına ümidvardır.

Qeyd edək ki, Zariya şəhəri Nigeriyanın şiələr məskunlaşdığı şəhərlərdən biridir. Nigeriya şiələrinin hazırda həbsdə olan lideri Şeyx İbrahim Zəkzakinin  rəhbərlik etdiyi Nigeriya İslami Hərəkatının əsas ofisi bu şəhərdə yerləşir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir