Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“30 milyon müsəlman Ümrə ziyarətinə gələ biləcək” – Səudiyyə 2030 planını açıqladı

Zəvvarlara gərəkən bütün xidmətlər ən yüksək səviyyəyə qaldırılacaq.

Krallığın ikinci böyük şəhəri və maliyyə paytaxtı olan Ciddənin 3.5 milyon əhalisi var.

Din.az xəbər verir ki, “Arab News”un Ciddədən hazırladığı xəbərdə deyilir ki, Səudiyyə dövlətinin 2030-cu il planına görə, o vaxtdan etibarən hər il 30 milyon müsəlman Ümrə ziyarəti həyata keçirə biləcək. Bunun üçün zəvvarlara gərəkən bütün xidmətlər ən yüksək səviyyəyə qaldırılacaq.

Ötən il Ümrə ziyarəti üçün 2.555.000 müsəlmana viza verilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin məlumatlarına görə, indiyə qədər 2.183.031 zəvvar ölkəyə daxil olub. Hazırda krallıqda 408.611 zəvvar var. Məkkədə 286.568, Madinədə isə 122.043 zəvvar qeydə alınıb.

Həcc ziyarətçilərinin çoxu – 1.991.448 nəfər Krallığa hava, 184.580 nəfər quru, 7.003 nəfər isə dəniz üzərindən gəlib. Ən çox zəvvar Pakistan (600.015), İndoneziya (394.027), Hindistan (281.589), Malayziya (130.793), Yəmən (113.247), Misir (63.217), Türkiyə (60.086), BƏƏ (56.412) və Banqladeş (52.848) kimi ölkələrdən Səudiyyənin müqəddəs yerlərinə daxil olub.

Qeyd edək ki, ötən ilin noyabrında Qafqaz Müsəlmanları İdarəsinin məsul işçisi Həmdullah Babayev mətbuata açıqlamasında demişdi ki, azərbaycanlı zəvvarlar Ümrə ziyarətinə o qədər də maraq göstərmir. Hər ay təqribən 10-15nəfər bu ziyarətə gedir. Ümrə ziyarətinin qiyməti 1.500 – 2.000 dollar arasında dəyişir. Bu ziyarətə gedənlər Bakı-İstanbul-Ciddə reysi ilə gedir. Ümrə ziyarəti 9-10 gün çəkir. Bu ziyarətin sonunda zəvvarlara “hacı” kimi müraciət olunmur.  / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...