Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Şəmkirdəki Alman Lüteran kilsəsində təqdimat oldu

Alman Lüteran kilsəsində “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib

“Multikulturalizm ili” ilə əlaqədar Bilik Fondu və Şəmkirdəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Şəmkir şəhərində yerləşən Alman Lüteran kilsəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nəşr etdiyi “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.

Din.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ceyhun Musaoğlu, müxtəlif icmaların rəhbərləri, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov yerli əhalinin multikultural dəyərlərə daim hörmətlə yanaşdığını, müxtəlif xalqların nümayəndələrinin və dini icmaların birgə, problemsiz yaşadığını qeyd edib və həmişə belə olacağına əminliyini bildirib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nümayəndəsi Ceyhun Musaoğlu çıxış edərək, Fondun gördüyü işlər və bu il fevralın 27-də Şəmkirdəki Heydər Əliyev Mərkəzi ilə imzalanmış əməkdaşlıq haqqında Niyyət Protokoluna əsasən rayonda həyata keçiriləcək layihələr haqqında məlumat verib.

Sonda iştirakçılar üçün orqanda musiqi ifa olunub.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...