Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

31 mart soyqırımı qurbanlarının xatirəsi İstanbulda anılıb

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü Türkiyədə anılıb.

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dərnəyin mərkəzində tədbirı keçirilib.

Din.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan-Türk Qadınlar Birliyinin, “Azərbaycan-Türkiyə Evi”nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İSTAD Baş katibi Metin Yıldırım 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü haqqında tədbir iştirakçılarına qısa məlumat verdikdən mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.

İSTAD rəhbəri Sefer Karakoyunlu soyqırımı haqqında danışarkən faktların əks olunduğu Quba Soyqırımı Memorial Kompleksinin ziyarəti zamanı çəkilmiş video və fotoşəkilləri nümayiş etdirərək deyib: “Ermənilər türklərə qarşı sistemli olaraq 1905-ci ildən başlayaraq beş dəfə soyqırımı törədiblər. Bu soyqırımlara səssiz və laqeyd qalan dünya ictimaiyyətinin gözü kor, qulağı kar olub. Bu səssliyi və laqeydlyi davam edənləri qınayırıq”.

S. Karakoyunlu bildirib ki, I Dünya Müharibəsi nəticəsində yaranmış böhrandan və 1917-ci ildə Çar Rusiyasında baş verən fevral və oktyabr inqilablarının yaratdığı fürsətdən istifadə edən erməni hərbi birləşmələri azərbaycanlılara və Anadolu türklərinə qarşı soyqırımı törədiblər. Qətliamın pik nöqtəsinə çatdığı 1918-ci ilin mart ayının son üç günündə təkcə Bakıda 30 min günahsız insanın amansızca qətlə yetirildiyini, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, bu günkü Ermənistan ərazində olan tarixi Azərbaycan torpaqları – Zəngəzur qəzası və İrəvan vilayətlərində isə təxminən 120 min insanın öldürüldüyü bir daha diqqətə çatdırılıb. Azərbaycanla yanaşı, Türkiyənin Iğdır, Qars, Ağrı, Ardahan, Erzurum, Erzincan, Muş, Van və bir çox yaşayış məntəqlərində soyqırımların həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, Azərbaycanda mart ayında davam edən qırğın və soyqırımlar Nuri Paşanın rəhbərliyindəki Qafqaz İslam Ordusunun vəziyyətə müdaxiləsinə qədər davam edib. Qafqaz İslam Ordusunun 1100 əsgəri və 30 zabitinin şəhid olduğu, bu əsgərlərin xatirəsinə bu gün Azərbaycanın müxtəlif yerlərində xatirə abidələri ucaldıldığı vurğulanıb.

Tədbirdə çıxış edən Tənzilə Rüstəmxanlı gələcəkdə bu kimi dəhşətlərin təkrar baş verməməsi, gələcək nəsillərin unutmamsı baxımından belə tədbirlərin əhəmiyyətini qeyd edib. T.Rüstəmxanlı 31 mart soyqırımının təbliği istiqamətində mövcud problemlər və perspektivlərdən danışaraq dünya ictimaiyyətinə soyqırımı barədə məlumat verməyin, təbliğatın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, ermənilərin, bütövlükdə, türk dünyasına qarşı törətdiyi soyqırımı və qətliamların beynəlxalq ictimayyətin diqqətinə çatdırılması ilə bağlı çağırış edib.

Daha sonra, AAK sədri S.Qasımov da 1918-ci il mart soyqırımının tarixinə toxunarkən bildirib ki, martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...