Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

35 il qul olan qadın millət vəkilliyinə namizəddir

50 yaşlı qadın Quldarlığa Qarşı Hərəkatdan (İRA) namizədliyini irəli sürdü.

Mavritaniyada 35 il qul kimi işləyən Habi Mint Rabah iyul ayında keçiriləçək parlament seçkilərinə namizəd olub.

Din.az xəbər verir ki, 1981-ci ildən quldarlığın rəsmən ləğv edilməsinə baxmayaraq, 2008-ci ilədək qul kimi çalışan və 10 il əvvəl qardaşı Bilal Ould Rabah ilə apardıqları gərgin mübarizədən sonra azadlığına qovuşan 50 yaşlı qadın Quldarlığa Qarşı Hərəkatdan (İRA) namizədliyini irəli sürüb.

“Qul olaraq qaldığım müddət boyunca həmişə ağladım. Hər gecə sahibimin cinsi istismarına məruz qaldım”, – qadın bildirib.

Rabah İRA-nın deputat mandatı uğrunda mübarizə aparacaq ilk qadın namizədidir. / Oxu.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...