Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

35 min suriyalıdan 4 mini Türkiyəyə geri qayıtdı

Suriyalılardan təxminən 4 mini bu vaxta qədər geri qayıdıb.

Türkiyənin Kilis Şəhər Meriyasının icazəsi ilə 1-18 avqust tarixləri arasında 35 min 840 suriyalı Qurban Bayramı üçün Suriyaya gedib.

Din.az xarici mediaya istinadən xəbər verir ki, bu həftənin əvvəlində yenidən qayıtmağa başlayan suriyalılardan təxminən 4 mini bu vaxta qədər geri qayıdıb.

Öncüpınar Sərhəd Qapısında əməliyyatlar aparıldıqdan və əşyaları yoxlanıldıqdan sonra Türkiyəyə keçmələrinə icazə verilən suriyalılar bayramı ölkələrində keçirdikləri üçün xoşbəxt olduqlarını, ancaq rejimin İdlibə qarşı əməliyyat aparmasına görə narahatlıq içərisində olduqlarını bildiriblər.

Bayram üçün gedən suriyalıların 31 dekabra qədər geri dönməsinin vacibliyi qeyd olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...